56 yaşlı Cey Lo ağ bikinidə od püskürdü - FOTO

56 yaşlı Cey Lo ağ bikinidə od püskürdü - FOTO

Hazırda oxunan: 56 yaşlı Cey Lo ağ bikinidə od püskürdü - FOTO

615839

Cey Lo (J.Lo) illərə meydan oxuyan inanılmaz bədən quruluşunu nümayiş etdirmək üçün heç bir fürsəti əldən vermir.

Bizim.Media xəbər verir ki, bu dəfə də ənənəsinə sadiq qalan Cennifer Lopez Anım Günü (Memorial Day) şərəfinə hovuz kənarında təşkil etdiyi partidən ağ bikinidə qaynar kadrlar paylaşaraq fanatlarını heyranlıqla köks ötürməyə məcbur edib.

56 yaşlı pop-diva dəbdəbəli villasının həyətində günəş şüalarından zövq alaraq və möhtəşəm fiziki formasını nümayiş etdirərək ailə daxilində dəyərli vaxt keçirib.

Suyun kənarında pozalar verən Cennifer tələsmədən kokteylini qurtumlayıb və günəş vannası qəbul edib. Digər fotolar üçün isə o, bikiinisinin üzərindən yüngül və zərif ağ çimərlik donu geyinib.

Bir neçə ailəvi kadrda Cey Lo artıq boya-başa çatmış əkizləri — Maks və Emma ilə birlikdə görüntülənib. Ulduz müğənni hər boş dəqiqəsini məhz onlarla keçirməyə çalışdığını bildirib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO