Unutduğu şifrəni illər sonra xatırlayıb, sərvət qazandı

Unutduğu şifrəni illər sonra xatırlayıb, sərvət qazandı

Hazırda oxunan: Unutduğu şifrəni illər sonra xatırlayıb, sərvət qazandı

613304

Türkiyəli bloger Didem Soydan illər əvvəl etdiyi Bitcoin investisiyasının ona böyük qazanc gətirdiyini açıqlayıb.

Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, Soydan 2012-ci ildə keçmiş sevgilisinin məsləhəti ilə Bitcoin alıb, lakin sonradan rəqəmsal cüzdanının şifrəsini unudub.

Didem Soydanın sözlərinə görə, illər sonra dostları arasında “Bitcoin”lə bağlı söhbət gedərkən yatırımı yadına düşüb:

“Həmin vaxt sevgilim mənə Bitcoin barədə danışmışdı. Tətbiqi telefonuma yükləmişdim, bankdan pul köçürüb hesab açmışdım. Təxminən 10 gün sonra isə Nyu-Yorka köçdüm”, – deyə o bildirib.

Model qeyd edib ki, aradan təxminən 4 il keçdikdən sonra Bitcoinin sürətlə bahalaşdığını eşidəndə öz hesabını xatırlayıb. Lakin cüzdanın şifrəsini unutduğu üçün ona giriş edə bilməyib.

Didem Soydan bildirib ki, köhnə telefonunu tapdıraraq günlərlə hesabı bərpa etməyə çalışıblar:

“Bacımı axtarıb köhnə telefonumu tapmasını və enerji yığmasına kömək etməsini istədim. Hesaba daxil olmaq üçün 3-4 gün çalışdıq”, – deyə o qeyd edib.

Soydan sonda hesabına giriş etdikdə gördüyü məbləğ qarşısında şoka düşdüyünü deyib:

“Ekrandakı rəqəmi görəndə şok yaşadıq. Bacım həyəcanla ‘zəngin olduq!’ deyə qışqırdı”, – model əlavə edib. Onun sözlərinə görə, həmin qazanc pandemiya dövründə həm özünə, həm də yaxın çevrəsinə maddi dəstək olmağa imkan yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO