Əfsanəvi futbolçu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriges məşhur çimərlik geyimi brendi “Calzedonia” ilə böyük reklam müqaviləsi imzalayıb.
Bizim.Media xəbər verir ki, ispaniyalı model brendin yeni siması olub.
Qeyd edək ki, daha əvvəl “Calzedonia” üçün Haydi Klum və Kendall Cenner kimi dünya ulduzları da çəkiliblər.
Yeni reklam kampaniyasında Corcina Rodriges dəbdəbəli çimərlik obrazlarında kamera qarşısına keçib. O, okean sahilində yerləşən ağ villanın fonunda incə bağlamalı qəhvəyi-bej bikinidə poz verib.
Digər kadrlarda Rodriges daha cəsarətli obrazlar nümayiş etdirib. Modellərdən biri onun bədən quruluşunu vurğulayan qəhvəyi çimərlik geyimi olub.
Başqa bir fotosessiyada isə Corcina yaşıl-ağ rəngli, dama-dama naxışlı çimərlik geyimində görüntülənib.
Qeyd edək ki, sosial şəbəkələrdə böyük izləyici kütləsinə malik olan Kriştiano Ronaldo və Corcina Rodriges 8 illik münasibətdən sonra 2025-ci il avqustun 11-də nişanlandıqlarını elan ediblər.



Bizim.Media





































































































