Əməkdar artist İlkin Əhmədov “Vağzalı” ilə bağlı müzakirələrə qoşulub.
Bizim.Media xəbər verir ki, bu barədə İlkin instaqramda video paylaşıb.
O bildirib ki, “Vağzalı” ilə bağlı anti-təbliğat gedir:
“”Vağzalı” haqqında anti-təbliğat gedir ki, guya istənilmir, gənclər toylarında səslənməyə etiraz edirlər. Bu cür fikirlər yayılır, mən də biganə qala bilməzdim. Qətiyyən inanmıram ki, Azərbaycan ailəsi toyda “Vağzalı”nın səslənməsinə etiraz etsin.
Bəylə gəlin zala daxil olanda fərqli təqdimat ola bilər, buna etirazım yoxdur. Amma inanmıram ki, evdən çıxarkən “Vağzalı” səslənməsinə etiraz etsinlər. Mən inanmıram ki, bəylə gəlin toydan sonra zaldan çıxarkən “Vağzalı” səslənməsinə etiraz etsin. Belə halın olmasına inanmıram.
İstisnalar ola bilər ki, desinlər, toyun qapalı keçməyini istəyirəm, “Vağzalı” və ya başqa mahnılar olmasın. Bu sözümün arxasındayam ki, ümumiyyətlə toyda “Vağzalı” səslənməsini istəməyənlərin qanı, geni Azərbaycandan deyil. Sözü olan varsa, şəxsimə yazsın”.
Bizim.Media




































































































