Kim Kardaşyan Şakiranın keçmiş sevgilisi ilə eşq yaşayır – FOTO

Kim Kardaşyan Şakiranın keçmiş sevgilisi ilə eşq yaşayır – FOTO

Hazırda oxunan: Kim Kardaşyan Şakiranın keçmiş sevgilisi ilə eşq yaşayır – FOTO
593994
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Erməniəsilli model Kim Kardaşyan məşhur kolumbiyalı müğənni Şakiranın keçmiş sevgilisi, yarış avtomobili sürücüsü Luis Hemiltonla görüşməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Məlumata görə, 31 yanvarda Kim Kardaşyan Los-Ancelesdən Böyük Britaniyaya şəxsi təyyarəsi ilə yola düşüb.

Model yarış sürücüsü ilə görüşmək üçün Kotsvoldsdakı Estelle Manor kənd otelində qalıb. Məşhurların "çox romantik" bir həftəsonu keçirdikləri və bu müddət ərzində təhlükəsizlik işçilərinin nəzarəti altında olduqları bildirilir.
 

Cütlüyün bazar günü yerli vaxtla saat 11-də ayrı-ayrı maşınlarla oteldən ayrıldığı bildirilir. Bir şahid həmçinin bildirib ki, Kim Kardashian ictimaiyyət arasında diqqətdən kənarda qalmağa çalışsa da, səkkiz çamadanı və "nəhəng" Hermès Birkin çantası ilə diqqət çəkib.


Qeyd edək ki, 2023-cü ildə Şakiranın Luis Hemiltonla eşq münasibətləri barədə ilk şayiələr yayıldı. Cütlük Mayamidəki Cipriani restoranında görüntülənmişdi və oradan yaxta kruizinə çıxmışdılar. Jurnalistlər həmçinin Şakiranın yarış sürücüsü ilə romantik Karib dənizi tətili planlaşdırdığını da bildirmişdilər.

Kim Kardaşyan Şakiranın keçmiş sevgilisi ilə eşq yaşayır – FOTO - foto 1
Kim Kardaşyan Şakiranın keçmiş sevgilisi ilə eşq yaşayır – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO