Manaf Ağayevdən qadın həmkarına sərt sözlər: “Səni Türkiyəyə, Dubaya aparmışdım...”

Manaf Ağayevdən qadın həmkarına sərt sözlər: “Səni Türkiyəyə, Dubaya aparmışdım...”

Hazırda oxunan: Manaf Ağayevdən qadın həmkarına sərt sözlər: “Səni Türkiyəyə, Dubaya aparmışdım...”
592449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əlindən tutub səhnəyə gətirdiyim, istər maddi, istərsə də mənəvi dəstək olduğum insan indi deyir ki, bu yerə özüm gəlmişəm, hər şeyi özüm etmişəm. Yanıb-tökülürəm. Sənin görmədiyin pulları sənə vermişdim”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.

Müğənni ad çəkmədən həmkarı Sevil İskəndərliyə sərt sözlər ünvanlayıb:

“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya, dünyanın hər yerinə aparıtdım. İndi necə deyə bilərsən ki, bunları özün etmisən? Allahdan qorxmursan?!”

Xatırladaq ki, müğənni Sevil İskəndərli bir neçə gün öncə efirdə belə bir açıqlama vermişdi:

“Manaf Ağayevlə 5 il toylara getmişik. Amma mənim bu sənətə gəlişimə Manaf Ağayev dəstək olmayıb, dəstəyim Allah olub. Özüm öz gücümlə bu yerə gəlmişəm”.

Onun bu açıqlaması Manaf Ağayevi özündən çıxartmışdı və açıqlamalarında ad çəkmədən həmkarını nankor adlandırmışdı. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO