Röya: "Ölənə qədər o adı almağı arzulayacağam"

Röya: "Ölənə qədər o adı almağı arzulayacağam"

Hazırda oxunan: Röya: "Ölənə qədər o adı almağı arzulayacağam"
590721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Röya Ayxan verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, pop ulduz ən böyük arzusunun "Şöhrət" ordeninə layiq görülmək olduğunu bildirib və bu barədə səmimi etiraflar edib.

Röya Ayxan qeyd edib ki, bu günə qədər qazandığı uğurlara baxmayaraq, özünə qarşı tələbləri hər zaman yüksək olub:

"Bu günə qədər özümə güvənmirəm. Nə etmişəm ki? Şöhrət ordeni qazanmayana, ona layiq olmayana qədər nə etmişəm ki?" - deyə müğənni vurğulayıb.

Sənətçi həmin mükafatın onun üçün xüsusi anlam daşıdığını da bildirib:

"O mükafat çox gözəldir. Mənsum müəllim o adı alanda böyük həyəcan keçirmişdim. Güzgüdə özümə baxıb demişdim ki, sən durmayacaqsan, çalışacaqsan və nail llacaqsan".

Röya Ayxan sözlərinə davam edərək məqsəd və arzuların sənət yolunda əsas motivasiya olduğunu qeyd edib:

"Məqsəd gözəldir, arzu ondan da gözəl ola bilər. Ola bilsin, o adı almayım, amma ölənə qədər çalışacağam".

Xalq artistinin bu səmimi etirafı sosial şəbəkələrdə marağa səbəb olub. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO