Samir Bağırov: "İllərdi anamı görmürəm"

Samir Bağırov: "İllərdi anamı görmürəm"

Hazırda oxunan: Samir Bağırov: "İllərdi anamı görmürəm"
587831
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Anamla çoxdandı görüşmürəm. Amerikada yaşayır. Çox illər keçib. Hər gün video zənglə danışırıq. Mənim birinci fanatımdır. Hər dəfə zəng edir bunu geyin, onu et. İstəyir mən ciddi kostyumlar geyinim. Azad tərzdə geyinməyi xoşlamır".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov "Həftənin qonağı" verilişində deyib.

Sənətçi ilk dəfə ailəsindən danışıb:

"Gedəndə məni orada qalmağa məcbur edirlər. Ona görə də Amerikaya getmirəm. Atamla münasibətim də yaxşıdır. Bir müddət anamla ayrılanda küsülü idim. Anam bacımla mənə şərt qoydu ki, məni sevirsinizsə, onunla danışmayın. Sonra sakitləşdi. Mənim onun xanımı ilə də əlaqəm var. Bacım da Niderlandda yaşayır. Bacımın birinci əri yarı italyan, yarı kolumbiyalı idi. Bacımın böyük qızının əri bolqar, ikinci qızın əri isə niderlandlı oldu. Biz dünya vətəndaşıyıq". (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO