"3 min istədim, rejissor məni çəkmədi" – Səidə Quliyeva GİLEYLƏNDİ

"3 min istədim, rejissor məni çəkmədi" – Səidə Quliyeva GİLEYLƏNDİ

Hazırda oxunan: "3 min istədim, rejissor məni çəkmədi" – Səidə Quliyeva GİLEYLƏNDİ
581844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Səidə Quliyevanın oğlu Fərhaddan danışıb.

Bizim.Media xəbər verir ki, aktrisa bu haqda "Həftənin qonağı" proqramında danışıb.

O bildirib ki, oğlu ailə qurduqdan sonra tək yaşayır.

"37 yaşımda oğlum doğulub. Bunu dərd etmirəm. Allah qismətimə onda yazıb və oğlum onda dünyaya gəldi. Övladım mənim üçün hər şeydir. Ayrı yaşayırıq. Oğlum qəbul etməsə də, ilk gündən dedim, sərbəst yaşayın.

Mən öz evimdə qalıram. Hər gün gəlir məni yoxlayır. Oğlum incəsənət universitetində baş müəllimdir".

S.Quliyeva filmlərdə az qonorar verilməsindən şikayətlənib:

"Filmlər və tamaşaçılar yox dərəcəsindədir. Heç vaxt pis filmə, seriala getmirəm. Qonorar məni qane etmir. Bahalılıq görməmişəm. Bu yaxınlarda sevimli rejissoruma bahalılıq söhbəti etdim, məni çəkmədi.
 

Bir gün üçün 3 min manat istədim. Bir-iki gün çəkiliş olacaqdı. Böyük bir layihə idi. Hamı deyir, gərək çəkilərdin. Vaxtilə çox çəkilmişəm, qonorar da istəməmişəm. İndi özümü qoruyuram.


İndi hansı aktrisa özünə ev ala bilir? Qəpik-qəpik yığırıq. İstəyirəm aldığım pulu özümə xərcləyim, dərmana yox".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO