Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO

Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO

Hazırda oxunan: Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO
580803
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vatikanda Roma Papası XIV Leo Hollivud aktyorları və rejissorları – Keyt Blanşett, Spayk Li və Monika Belluççi ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN yazıb.

Pontifik kinonu “ümid emalatxanası” adlandırıb və kinoteatrlara tamaşaçı axınının azalmasına təəssüf etdiyini bildirib.

Aktyorlar və rejissorlar apostol sarayında keçirilən audieniyada iştirak ediblər və burada incəsənətin Kilsənin missiyası üçün imkanları müzakirə olunub. Spayk Li papaya “Nyu-York Niks” futbolkası hədiyyə edib, Blanşett və Belluççi isə cəmiyyətdə və insanların şəxsi həyatında kinematoqrafiyanın rolu barədə təəssüratlarını bölüşüblər.
 

“Kino – insanların özlərini və öz mənəvi yolunu yenidən tapa biləcəyi bir məkandır”, – deyə Leo bildirib. O vurğulayıb ki, kilsə incəsənət dünyası ilə dialoqu gücləndirmək və yeni auditoriyaya çatmaq istəyir.


Tədbir “Gallup”un ABŞ-da yetkinlər arasında dinə marağın azaldığını göstərən məlumatları fonunda baş tutub və Vatikanın müasir dünyada Kilsənin mədəni mövqelərini gücləndirmək cəhdlərinin bir hissəsidir.

Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO - foto 1
Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO - foto 2
Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO