Oktay Kaynarca azərbaycanlı müğənni ilə evlənmək istəyirmiş - VİDEO

Oktay Kaynarca azərbaycanlı müğənni ilə evlənmək istəyirmiş - VİDEO

Hazırda oxunan: Oktay Kaynarca azərbaycanlı müğənni ilə evlənmək istəyirmiş - VİDEO
578669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca müğənni Çinarə Məlikzadə ilə ailə qurmaq istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Çinarə “Pərvizə görə” proqramında danışıb.

Sənətçi deyib ki, Kaynarca özü birbaşa evlilik təklif etməsə də, ona bununla bağlı söz göndərib:

“İkimizin də mətbuat katibi var idi - Aygün xanım. Oktay Kaynarca ilə çox yaxındır, hətta toyunda sağdışı olub. Mənə həmişə eşitdirirdi. Mənim də Oktayın birbaşa deməməyi, kənarda qalmağı xoşuma gəlmişdi. Məsələn, digərləri birbaşa özümə demişdi.
 

Amma bu dəfə Aygün xanım eşitdirirdi, deyirdi ki, o, heç kimi paylaşmır, gənc xanımla ailə qurmaq istəyir, övlad istəyir. Hər dəfə deyirdim ki, ona o gözlə baxmıram, qardaşım, atam yerindədir. Aktyor kimi bəyənirəm, amma o gözlə baxmıram. Bir dəfə hoteldə tədbir idi, gördüm ki, Oktay Kaynarca da ordadır.


Baxıram, deyirəm, odur, yoxsa gözümə görünür. İfa edirəm, bilmirəm yaxınlaşım, ya yox, ayıb olar, yoxsa yox. Sonra dedim, yaxşı çıxmaz kişilərin yanına getmək... Tədbirdən çıxmışam, yazıb ki, niyə mənimlə salamlaşmadın? Sonra getdim, dedim ki, üzrlü sayın, əlimlə uzaqdan salam verdim. Yanıma gəldi, görüşdük”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO