Məşhur sənətkarların sənətçi övladları

Məşhur sənətkarların sənətçi övladları

Hazırda oxunan: Məşhur sənətkarların sənətçi övladları
4064
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəzi məşhurlar öz övladlarının sənətçi olmasını istəmirlər. Onlar bu peşənin çox çətin olduğunu hesab edirlər. Ona görə də övladlarını bu sahədən uzaq tutmağa çalışırlar. Amma onların arasında ata-baba yolunu seçib sənət sahibi olanlar da aza deyil.

Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti Nəsibə Zeynalova atasının yolunu davam etdirib. Nəsibə Zeynalovanın atası Cahangir Zeynalov Azərbaycan realist aktyor məktəbinin banisi, teatr xadimi olub. Nəsibə xanım Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alıb. Azərbaycanın bir çox filmlərində oynayıb.

Məşhur sənətkarların sənətçi övladları - foto 1


Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə olub. Nəsibə xanımdan sonra onun oğlu Cahangir Zeynalov da ata-baba yoluna sadiq qalıb. Teatr-kino aktyoru olub, rejissorluq edir. Nəvə Cahagir Zeynalov hazırda Türkiyədə teatr sənətinin tədrisi ilə məşğuldur.

Dünya şöhrətli xanəndə Alim Qasımovun qızı Fərqanə Qasımova da atasının yolu iə gedib. Fərqanə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb.  1996-cı ildən başlayaraq, atası Alim Qasımov ilə birgə H.Əliyev adına sarayın səhnəsinə çıxıb. Bir neçə xarici festivalda Azərbaycanı layiqincə təmsil edib. Əməkdar artistdir.

Məşhur sənətkarların sənətçi övladları - foto 2


Aygün Kazımovanın qızı İlqarə Kazımova da anasının peşəsini seçib. İlqarə 5 yaşından mahnı oxumağa başlayıb. Uzun müddət Aygün Kazımovanın konsertlərində çıxış edib. 2011-ci ildə "Eurovision 2011" seçim turlarına qatılmış, finala qədər irəliləmiş, finalda isə məğlub olub. İlk mahnısı Aygün Kazımova haqqında oxuduğu "Mənim Anam" mahnısı olub. Mahnının söz və musiqisi Xanım İsmayılqızına aiddir. Mahnıya klipi Ülviyyə Könül lentə alınıb.


Məşhur sənətkarların sənətçi övladları - foto 3


Roza Zərgərlinin mənəvi oğlu Corc Qafarov anası kimi filmlərdə çəkilir. Onun ilk filmi Roza Zərgərli ilə birlikdə olub. Corc həmçinin bələdiyyə seçilərində qalıb gələrək bələdiyyə üzvü seçilib. 

Məşhur sənətkarların sənətçi övladları - foto 4


Müğənni Rəqsanənin qızı Aysun İsmayılova da anasının sənətini seçib. Həmçinin Aysun İsmayılova filmlərə də çəkilir. O, film təklifləri gələrsə də qəbul edəcəyini bildirib. 


Məşhur sənətkarların sənətçi övladları - foto 5


Sevilən müğənni Aybəniz Həşimovanın qızı da anasının sənətini seçib. Aynişan “Eurovision 2011” in seçim turlarında iştirak edib. Xarici festivalda Azərbaycanı təmsil edib. Qələbə ilə geri qayıdıb.


Məşhur sənətkarların sənətçi övladları - foto 6



Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti Ramiz Novruzun oğlu Cavidan Novruz da atasının davamçısıdır. O, aktyorluqla yanaşı Azər Zeynalovdan vokal dərsləri də alıb. O ifaçı kimi Türkdilli dövlətlər arasında keçirilən müsabiqədə Azərbaycanı layiqincə təmsil edib. "Avrasiya yıldızı" yarışmasında 2-ci yer tutub. Eyni zamanda da ifa etdiyi mahnılar var ki, bəstələri özünə aiddir.

Məşhur sənətkarların sənətçi övladları - foto 7


Azərbaycan Respublikasının xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiq anasının yolu ilə gedir. O anası ilə birlikdə komediya filmlərinə çəkilib. Həmçinin musiqi ilə məşğul olur.
Siyahı uzandıqca, uzanır. Bu dəfəlik isə bu qədər. Gələn buraxılışlarımızda sizə daha maraqlı məlumatlar hazırlayacağıq.

Məşhur sənətkarların sənətçi övladları - foto 8


Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO