"Dərd bir əlimdən tutub aşağı çəkdikcə..." - Xatun

Hazırda oxunan: "Dərd bir əlimdən tutub aşağı çəkdikcə..." - Xatun
31776
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Dərd bir əlimdən tutub aşağı çəkdikcə, enməyə qoymayıb digər əlimi siz tutdunuz. Bir ayağım heysizlikdən büküldükcə, digər ayağımı yıxılmağa qoymayıb taqətim oldunuz".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Stilist qardaşı Balaşı itirən sənətçi ona dəstək olanlara səslənib:

"İçimi kədər atəşi bürüdükcə, o odu varlığınızla soyutdunuz. Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra, dünya boyda yanımda durdunuz.

İndi sizə, sevginizə güvənib, sevginizdən güclənib sizinləyəm.

Kədər bürümüş üzümün üzərinə çəkdiyiniz bu təbbəsümə görə də sizə təşəkkür edirəm. Səsim, nəğmələrim sizə fəda. Çox minnətdaram hamınıza. Bu çətin vaxtlarımda mənə ən çox dəstək olan elə sevənlərim oldu. Mən də sizi sevirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO