"Kişilər toyuq kimidir, 10 metr uzaqlaşdılarsa..."

"Kişilər toyuq kimidir, 10 metr uzaqlaşdılarsa..."

Hazırda oxunan: "Kişilər toyuq kimidir, 10 metr uzaqlaşdılarsa..."
266427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Rusiyada xəyanətə görə cərimə tətbiq olunması təklif edilib.

Bizim.Media xəbər verir ki, bu məsələyə münasibət bildirən Rusiyanın tanınmış teleaparıcısı Rоzа Syabitova bildirib ki, xəyanətə görə cərimə tətbiqi ailələri qorumaq üçün effektiv yol deyil.
 

O qeyd edib ki, münasibətlərdə harmoniya pozularsa, bunu inzibati tədbirlərlə deyil, tərəflərin öz aralarında anlaşması ilə həll etmək lazımdır.


Syabitova ailəni "kiçik dövlət" adlandıraraq vurğulayıb ki, böyük dövlətlər kimi ailələr də daxildən dağılır, xəyanət isə mövcud problemləri üzə çıxaran bir nəticədir. Onun fikrincə, cərimələr və digər məcburi tədbirlər tarixən müsbət nəticə verməyib. Əsas məsələ ailə üzvlərinin açıq şəkildə danışması, problemləri müzakirə etməsi və yaxınların dəstəyindən faydalanmasıdır.

Kişi xəyanətinə toxunan Syabitova köhnə bir məsəli xatırladıb:

"Kişilər toyuq kimidir, 10 metr uzaqlaşdısa sənin deyil". Lakin o əlavə edib ki, yaxşı həyat yoldaşına sahib olan kişi başqasına üz tutmaz. Onun sözlərinə görə, bu gün qadınlar kişilərə nisbətən daha çox və daha tez-tez xəyanət edir. Buna görə də xəyanəti cinayət kimi qiymətləndirmək və cərimə ilə qarşısını almağa çalışmaq mənasızdır. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO