Azərbaycanda keçiriləcək musiqi festivalının tərkibi dəyişdirildi - FOTO

Azərbaycanda keçiriləcək musiqi festivalının tərkibi dəyişdirildi - FOTO

Hazırda oxunan: Azərbaycanda keçiriləcək musiqi festivalının tərkibi dəyişdirildi - FOTO
257221
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xalq artisti Emin Ağalarov "Instagram" səhifəsində məlumat verib.

"Azərbaycan Mədəniyyət Nazirliyinin 29 iyun tarixli məlumatı ilə əlaqədar tədbirin proqramında dəyişikliklər planlaşdırılır. Birinci və üçüncü günlərin işitirakçıları dəyişməz qalacaq, ikinci və dördüncü günlərdə isə təşkilatçılar yeni adlar təqdim edəcəklər" , - deyə o bildirib.

Ağalarov əlavə edib ki, lazım olarsa, biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun şəkildə mümkün olacaq.
 

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi ölkədə Rusiya ilə bağlı mədəni tədbirlərin ləğvi ilə bağlı bəyanat yayıb.


Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərinə basqın keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.

Azərbaycanda keçiriləcək musiqi festivalının tərkibi dəyişdirildi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO