"Həyat mənimdir, istədiyim kimi yaşayıram" - VİDEO

"Həyat mənimdir, istədiyim kimi yaşayıram" - VİDEO

Hazırda oxunan: "Həyat mənimdir, istədiyim kimi yaşayıram" - VİDEO
247466
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Günel Zeynalova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Bizim.Media xəbər verir ki, videoaçıqlama yayan sənətçi estetik əməliyyat etdirməsi haqda bunları deyib:

"Məni sevən də, sevməyən də var. İnsanların içindəki pisliyi başa düşmürəm. Video çəkirəm, mahnı qoyuram, buna fikir bildirməkdən, yazır dəyişmisən. Böyüdüm mən, niyə bunu qəbul etmirsiniz? 12 yaşımda qalmağımı istəyirsiniz. Elə bir dünya yoxdur. Tənqidlərə hörmət edirəm.

Amma nəyi tənqid edirsiniz?

Deyirsiniz, estetik etdirib. Bəli, botoksum gedib, yenidən etdirəcəyəm. Mənim həyatımdır, istədiyim kimi yaşayıram. İnsanlar, bir az içinizi təmizləyin, pisliklərdən uzaqlaşın. Həmin insanları "qara siyahı"ya atıram. Məni neqativə kökləyə bilməzsiniz. Mahnılarımı, səsimi müzakirə edin. Ürəyim nə istəyir etdirirəm. Arıqlamaq, estetik? Ürəyim belə istəyir, kimə nə?"

Günel TikTok-u tənqid edərək "TikTok milli fəlakətdir. İpini qopardan oradadır. Oraya mahnı oxumaq üçün girirəm. Amma oradakı vəziyyət üzücüdür. Bədbəxtsinizsə, gedin xoşbəxt olun.

Tənqidin də dərəcəsi var. Heç kim heç kimdən üstün deyil" sözlərini əlavə edib. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO