Tünzalə Ağayeva yeni İMİCDƏ – FOTO

Tünzalə Ağayeva yeni İMİCDƏ – FOTO

Hazırda oxunan: Tünzalə Ağayeva yeni İMİCDƏ – FOTO
231499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə imicini dəyişib.

Bizim.Media xəbər verir ki, pop ulduz uzun sarı saçlarını dəyişərək, qısa qəhvəyi tonlarına keçib.

Müğənni yeni imicində kamera qarşısına keçib. 

Estrada ulduzunun klassik Hollivud filmləri tərzində olan fotosessiyasını fotoqraf Anfisa Bessonova gerçəkləşdirib.Xalq artistinin saçları üzərində məşhur stilist Fərid Bağırov çalışıb.

Ağayevanın fotosessiyasındaki stylingini müğənninin şəxsi stilisti Şamxal Ramazanlı edib.

Ağlara bürünən pop ulduzun geyimi “Jamaloff's Couture” aiddir. Makiyaj və saç düzümü üzərində stilist Sabir Bağırov çalışıb. Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Xalq artisti Tünzalə Ağayeva imicinin belə tez dəyişməsini belə açıqlayıb: 

“Saç tərzimin belə tez dəyişməsini mənim sevənlərim istədi. Bir çox pərəstişkarım məni qısa və tünd rəngli sevib. Bu baxımdan hər zaman olduğu kimi Fərid Bağırov və onun komandasına dərin təşəkkürümü bildirirəm. Lalə və Romana da minnətdaram ki, növbəti dəfə uğurlu işə imza atdılar. Bu fotosessiyanın tərzi klassik Hollivud filmləridir. Bizim istəyimiz yeni imici məhz belə mükəmməl fotosessiya ilə tamaşaçılarımıza göstərmək idi. Qeyd edim ki, fotosessiyanın ideya müəllifi şəxsi stilistim Şamxal Ramazanlıdır”.

Sözügedən yeni fotosessiyanı təqdim edirik: 

Tünzalə Ağayeva yeni İMİCDƏ – FOTO - foto 1
Tünzalə Ağayeva yeni İMİCDƏ – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO