Şəbnəm efirdə ağladı - VİDEO

Şəbnəm efirdə ağladı - VİDEO

Hazırda oxunan: Şəbnəm efirdə ağladı - VİDEO
226078
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Şəbnəm Tovuzlu 41 yaşını "Qonaqcanlı" verilişində qeyd edib.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı yaxınlarının Şəbnəmə təbriki nümayiş olunub.

Valideynlərindən danışan sənətçi kövrəlib:

"Atamın sərt və sevmədiyim xasiyyəti var. Bunu tək mən yox, bütün nəsil bilir... Amma nə yalan deyim, onunla tez-tez danışmıram. Onu buna rəğmən çox sevirəm. Mənim Ruslan və Orxan adında iki qardaşım, Aytac adında bir bacım var (ağlayır). Mən sizdən ayrı yaşasamda... Bilmirəm, həyatdır nə olub, anam faciəvi şəkildə dünyasını dəyişib, amma bir körpə hər zaman doğmalarını istəyir. Yaxşı ki, gec də olsa siz yanımda varsınız. Bu gün həm sevinmişəm, həm də kədərlənmişəm. Bu həyatda ananın yerini heç nə vermir. Kaş ki, belə olmazdı. Anamı hər zaman arzulayıram. Onun ruhu şad olsun. Anamı bir yaş yarımlığımda itirmişəm. Onu xatırlamıram. Hər zaman bir arzum olub ki, anamı yuxumda görüm. O da illərdir ki, olmur. Çox istəyirəm onu görüm. Allah bunu mənə qismət etmir. Yəqin ki, o dünyada Allah bizi qarşılaşdıracaq. Onu görmək istəyirəm. O çox gözəl xanım olub. Şəkillərdə görmüşəm. Gözəl xanımların isə hər zaman qəlbi qırılmış olur".

Qeyd edək ki, Şəbnəmi uşaq yaşlarından xalası və onun həyat yoldaşı saxlayıb. O, doğma valideyn kimi onları tanıyıb. İllər sonra isə əsl atasının kim olduğunu öyrənib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO