Messinin Bakıda imzaladığı papaq fantastik qiymətə satışa çıxarıldı - FOTO

Messinin Bakıda imzaladığı papaq fantastik qiymətə satışa çıxarıldı - FOTO

Hazırda oxunan: Messinin Bakıda imzaladığı papaq fantastik qiymətə satışa çıxarıldı - FOTO
224973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ulduz futbolçu Lionel Messinin Bakıda imzaladığı papaq satışa çıxarılıb.

Bizim.Media milli.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.

Qeyd olunub ki, "Barselona" klubunun emblemi olan papağa dekabrın 11-də Messi öz imzasını çəkib. Satışa qoyulan papaq 10 min manata təklif olunur.

Xatırladaq ki, Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-ın "İnter Mayami" klubundakı komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında fanatları ilə görüşüblər.

Dünya çempionu, 8 dəfə “Qızıl top” mükafatına layiq görülən Lionel Messinin futbol karyerasını əks etdirən filmin nümayişindən sonra isə Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba səhnəyə çıxıblar.


Futbol ulduzları gənc həmkarları və sağlamlıq imkanları məhdud uşaqlarla xatirə şəkli çəkdirib.

Ulduz futbolçular imzalı topları auditoriyaya atıblar. Futbol həvəskarları üçün bu idman bayramı məşhur “Morandi” qrupunun çıxışı ilə davam edib.

Messinin Bakıda imzaladığı papaq fantastik qiymətə satışa çıxarıldı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO