“Eurovision-2021” təmsilçimizə əməkdar artistdən DƏSTƏK – VİDEO 

“Eurovision-2021” təmsilçimizə əməkdar artistdən DƏSTƏK – VİDEO 

Hazırda oxunan: “Eurovision-2021” təmsilçimizə əməkdar artistdən DƏSTƏK – VİDEO 
21101
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Azərbaycanı “Eurovision-2021” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə Samirə Əfəndi təmsil edəcək.

Bizim.Media xəbər verir ki, əməkdar artist Tünzalə Ağayeva “Səs Azərbaycan” layihəsinin yetirməsi olan Samirə Əfəndiyə “Eurovision”dakı iştirakına görə dəstək verib:

“İnanıram ki, Samirə ona dəstək verdiyim zamanlarda necə özünü doğruldubsa, eləcə də “Eurovision-2021”-də ölkəmizi layiqincə təmsil edəcək və Azərbaycanı sevindirəcək. Bir daha buradan dünya azərbaycanlılarına səslənirəm. Gəlin hamımız Samirəyə dəstək olaq!  Biz artıq böyük qələbəmizi qazanmışıq. İndi çalışaq ki, beynəlxalq yarışmada növbəti uğurumuzu əldə edək”,- deyə Tünzalə Ağayeva bildirib.

Xatırladaq ki, bu il "Avroviziya" mahnı müsabiqəsinin yarımfinal mərhələsinin mayın 18-i və 20-də, final mərhələsinin isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.

Müsabiqədə ölkəmizi təmsil edəcək müğənni Samirə Əfəndi çıxışı üçün nəzərdə tutulan geyimini dünya şöhrətli modelyer Rüfət İsmayıl dizayn edib. Rüfət İsmayıl Beyonce və Cenifer Lopez kimi ulduzlarla əməkdaşlıq edib.

Alçina Amilqızı, Bizim.Media

“Eurovision-2021” təmsilçimizə əməkdar artistdən DƏSTƏK – VİDEO  - foto 1

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO