ATV-nin efirində GƏRGİNLİK - Aydın Sani əsəbiləşərək studiyanı tərk etdi - VİDEO

ATV-nin efirində GƏRGİNLİK - Aydın Sani əsəbiləşərək studiyanı tərk etdi - VİDEO

Hazırda oxunan: ATV-nin efirində GƏRGİNLİK - Aydın Sani əsəbiləşərək studiyanı tərk etdi - VİDEO
198763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Aydın Sani əsəbi halda gözlənilmədən canlı efiri tərk edib. 

Bizim.Media xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Rəngarəng səhər” verilişində yaşanıb. 

Proqramın bitməsinə 30 dəqiqə qalmış Aydın ayağa qalxaraq efiri tərk etmək istədiyini bildirib. Həmin verilişdə isə A.Sanidən başqa meyxanaçı Tərlan Novxanı və iki qadın ifaçı olub. 

Verilişin aparıcıları Zaur Nəbioğlu və Aysel Novruzova Sanidən getməyinin səbəbini açıqlamasını istəyəndə ifaçı belə cavab verib: 

“Sıxıldığım üçün verilişdən çıxıb getmək istəyirəm. Mən özüm bilirəm və Allahım bilir. Getmək lazımdır. Buradan getməyimə səbəb məsələ iki gözəl xanım və qardaşım Tərlan deyil. Getmək yaxşı olar”. 

Bu anda Ayselin oturaq vəziyyətdə söhbətə müdaxilə etməsi Aydının xoşuna gəlməyib. Müğənni sərt şəkildə aparıcıya “Aparıcısan, danışanda ayağa qalx!” irad bildirib. O isə cavab olaraq “Mən xanımam, bəylə əyləşərək danışa bilərəm” sözlərini dilə gətirib. 

Hər iki aparıcı yenidən A.Saninin efirdən getməsinin səbəbini öyrənməyə çalışsalar da ifaçı dolayısı yollarla təkrar cavablar verərək efiri tərk edib.  
Studiyada yaşanan gərgin dolu anları sizə təqdim edirik: 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO