Elcan Rəsulov: “Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO 

Elcan Rəsulov: “Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO 

Hazırda oxunan: Elcan Rəsulov: “Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO 
193234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Xəstələnib xəstəxanaya düşəndə fikirləşdim ki, nə yaxşı evlənməmişəm, subayam. Yəni uşağımı və ya xanımımı ortalıqda qoymamışam. Anam bəlli yaşa çatıb, məni böyüdən insandır və yaşamağın yolunu bilir. Mənsiz anam yaşaya bilər. Bir də var ki, evli olasan, bir uşağın qalar belə... Kiminsə qızı ilə evlənib, yenicə başlamışdıq “salam aleykumə” indi də gəl təkbaşına uşaq böyüt. Yəni bunların olmamasına sevindim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və aktyor Elcan Rəsulov qonaq olduğu “Söhbət var” verilişində deyib. 

Bir müddət əvvəl səhhəti ağırlaşaraq xəstəxanalıq olan Elcan sağalandan sonra da pis vərdişlərini tərgidə bilmədiyini vurğulayıb: 

“Xəstəxanada özüm-özümə sayaqlayırdım ki, sağalıb, buradan çıxandan sonra qızardılmış yeməklər yeməyəcəyəm. Yalnız səliqəli şəkildə buxarda bişirilmiş yeməklər yeyecəyəm.

Səhərlər hava şəraitindən asılı olmayaraq, çovğun, qar olsa da, Yeni Bulvarda bir saat gəzəcəyəm və siqareti atacağam. Başqa variantım yoxdur, səliqəli olmalıyam. Bir də bu yaşıma kimi heç zaman şorba içməmişdim. Sulu xörəyin nə olduğunu bilmirdim, çünki zəhləm gedirdi.
Qərar vermişdim ki, hər yeməkdən əvvəl şorba içəcəyəm. Xəstəxanadan çıxandan sonra bir tək şorba məsələsinə əməl edirəm. Amma səhərlər bulvarda gəzmək, hava yaxşı belə olsa, getmirəm, siqareti də tərgidə bilmədim”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO