Bu gün “Avroviziya”nın ikinci yarımfinalıdır

Bu gün “Avroviziya”nın ikinci yarımfinalıdır

Hazırda oxunan: Bu gün “Avroviziya”nın ikinci yarımfinalıdır

191202

Bu gün İsveçin Malmö şəhərində sayca 68-ci nüfuzlu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.  

Bizim.Media xəbər verir ki, 16 Avropa ölkəsi finala çıxmaq üçün mübarizə aparacaqlar. 

Onlar Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marinodur. 

Xatırladaq ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil etsələr də, finala vəsiqə qazana bilməyib. 
Qeyd edək ki, müsabiqənin finalı mayın 11-də baş tutacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO