Yusif Eyvazovun müğənni arvadına Ukraynaya görə ağır ZƏRBƏ

Yusif Eyvazovun müğənni arvadına Ukraynaya görə ağır ZƏRBƏ

Hazırda oxunan: Yusif Eyvazovun müğənni arvadına Ukraynaya görə ağır ZƏRBƏ

190081

Azərbaycanın Xalq artisti Yusif Eyvazoyun  həyat yoldaşı Rusiyanın Xalq artisti, opera və vokal ifaçısı Anna Netrebkonun iyunun 1-də İsveçrənin Luzern şəhərindəki çıxışı təxirə düşüb. 

Bizim.Media xəbər verri ki, sənətçinin konserti Ukraynaya görə yarımçıq qalıb. 

Anna Netrebko İsveçrə hakimiyyətindən gözlənilməz zərbə alıb. Yerli rəsmilərin sözlərinə görə, iyunun ortalarında Ukrayna ilə bağlı konfrans keçiriləcək və Netrebkonun konsertinin “ictimai asayiş üçün təhlükə” yarada biləcəyi iddia edilib. 
İyunun 15-16-da Luzern şəhəri yaxınlığında Ukrayna üzrə “sülh konfransı”nın keçirilməsi planlaşdırılır. Cəmiyyətdə Netrebko haqqında təsəvvür ziddiyyətli olaraq qalır”, - deyə yerli Mədəniyyət və Konqres Mərkəzindən bildiriblər. 

Annanın menecerləri bu açıqlamaya “2022-ci ilin martından bəri vokalçı yüzə yaxın konsert verib və onlardan heç biri ictimai asayişin pozulmasına səbəb olmayıb” fikirlərini ifadə ediblər. 

Qeyd edək ki, 2023-cü ilin yanvarında Kiyev 119 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib. Anna da qara siyahıya düşüb.  

Xatırladaq ki, Anna Netrebko Rusiyanın Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra əvvəlcə səssiz qalıb. Bundan sonra sənətçinin konsertləri Avropa və ABŞ-da ləğv edilməyə başlayıb, adı tamaşalardan çıxarılıb və plakatlardan silinib. Nəticədə Anna Rusiya hakimiyyətinin hərəkətlərini açıq şəkildə pisləyib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO