İsraildən qaçan Alla Puqaçova yayılan yeni FOTOSU ilə TƏƏCCÜBLƏNDİRDİ

İsraildən qaçan Alla Puqaçova yayılan yeni FOTOSU ilə TƏƏCCÜBLƏNDİRDİ

Hazırda oxunan: İsraildən qaçan Alla Puqaçova yayılan yeni FOTOSU ilə TƏƏCCÜBLƏNDİRDİ
189707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Xalq artisti Alla Puqaçova İsraili tərk edib. 

Bizim.Media xəbər verir ki, Alla Kiprin cənubunda yerləşən Limassol şəhərinə köçüb. 

İpək pijamada şəhərdə dolaşan Puqaçovanı görənlər təəccüb keçiriblər. Onlar bildiriblər ki, arıq primadonna küçədə güclə hərəkət edib. Puqaçova ilə küçədə rastlaşan şəxslər bildiriblər ki, müğənni ərinə söykənərək güclə yeriyib.

İsraildən qaçan Alla Puqaçova yayılan yeni FOTOSU ilə TƏƏCCÜBLƏNDİRDİ - foto 1

Bir neçə gün əvvəl isə yumorist həyat yoldaşı Maksim Qalkin Allanın hamamdan çıxmış halda çəkdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Maksim sözügedən şəklə “Sabahınız xeyir!” qısa şərhini yazıb. 

Sosial şəbəkə əhli Allanın bu görünüşünə “Belə bir cansız görünüş, heyif”, “Bu, artıq Alla deyil, üzünü dəyişərək, açıq-aydın hər şeyi dəyişdi”, “Ümid edirəm ki, hamı bunun fotoşop olduğunu başa düşəcək” kimi müxtəlif şərhlər və fikirlər yazıblar. 

Qeyd edək ki, Alla Puqaçova 2022-ci ilin fevralında ailəsi (əri Maksim Qalkin və uşaqları - əkiz Liza və Harri ilə birlikdə) Rusiyanı tərk edib. Hazırda məşhur ailə İsraildə yaşayır. Qalkin ölkəsinin xüsusi hərbi əməliyyatına qarşı çıxır və Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edir. Ölkəsində Maksim “xarici agent” statusu qazanıb. Bir müddət əvvəl Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bildirib ki, Baş Prokurorluq onun tələbi ilə Alla Puqaçovanın “xarici agent “kimi tanınması proseduruna başlayıb. Lakin Puqaçova hələ bu siyahıya düşməyib. 

İsraildən qaçan Alla Puqaçova yayılan yeni FOTOSU ilə TƏƏCCÜBLƏNDİRDİ - foto 2

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO