Xatun: “Evdar xanımlar estetik əməliyyat etdirməsin” – VİDEO 

Xatun: “Evdar xanımlar estetik əməliyyat etdirməsin” – VİDEO 

Hazırda oxunan: Xatun: “Evdar xanımlar estetik əməliyyat etdirməsin” – VİDEO 

189595

“Efir insanları  ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz həyat yoldaşınıza uyğun, adi qadın olun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. İnstaqrama baxırsan, tanınmamış insanlardırlar, amma belə. Bəsdirin. Müğənnini bildik ki, ehtiyacı var, gecə vaxtında yata bilmir, kökəlir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Səhər görüşləri” verilişində deyib. 

Xatun yenidən plastik əməliyyat etdirəcəyini də açıqlayıb: 

“Diyetoloqum mənə deyir ki, axşam 6-dan sonra qəti yemək yemək olmaz. Niyə? Gedirəm restorana, balığı gətirirlər qara ikra ilə, yeməyim? Ondan evdə var? Hamı deyir ki, ac yatın, ölün acından.

O gün dedilər ki, əməliyyat etdirənlərin içində ən gəşəngi bir divadır (Xalq artisti Aygün Kazımova - red.), bir də sən. Çünki ürəyimiz təmizdir. Çünki biz heç kimə paxıllıq etmirik. Əməliyyatdan sonra anam dua edirdi, ağzım əyilmişdi. Həkim dedi, düzələcək. Hələ bir il tamam olmayıb. Yenə də etdirəcəyəm”. 
Qeyd edək ki, Xatun daha əvvəl liposaksiya, bədən şəkilləndirmə və rinoplastika əməliyyatları etdirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO