Zeynəb Həsəni: “Özümə övlad yox meymun arzulayıram” - VİDEO

Hazırda oxunan: Zeynəb Həsəni: “Özümə övlad yox meymun arzulayıram” - VİDEO

188969

Bir müddət əvvəl Fəvvarələr meydanında əhilləşdirilmiş meymunun hücumuna məruz qalan müğənni Zeynəb Həsəniyə efirdə gözlənilməz sürpriz olunub. 

Bizim.Media xəbər verir ki, Mosu adlı meymun sahibi ilə bərabər “İncə səhər” verilişinə gəlib.

Meymunu görən Zeynəb qorxmaq əvəzinə onu qucağına alıb və heyvanla yaşanan həmin anlar efirdə nümayiş olunub. 

Həsəni sözügedən kadrları izləyərək başına gələn həmin hadisədən danışıb:  

“Meymunları çox sevirəm. Nə zaman qismət olarsa ən böyük arzum meymunumun olmasıdır. Özümə övlad yox meymun arzulayıram. O vaxt Şəbnəmlə şəhərdə idik və sahibi ilə meymunu gördük. Çıxdı heyvan çiynimə. Bir də gördüm ki, məni alnımdan dişlədi” 

 




Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO