Jan Klod Van Dammın azərbaycanlı gəlini əri ilə DAĞLAR QOYNUNDA - FOTO/VİDEO 

Hazırda oxunan: Jan Klod Van Dammın azərbaycanlı gəlini əri ilə DAĞLAR QOYNUNDA - FOTO/VİDEO 

188961

Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə həyat yoldaşı Kristoferlə birlikdə dağlara yollanıblar. 

Bizim.Media xəbər verir ki, musiqiçi həmin anları lentə alaraq sosial şəbəkə hesabında paylaşıb. 

Suada bildirib ki, yüksəklikdə Kristoferlə təhlükə ilə yanaşı adrenalin dolu anlar yaşayıb: 

“Reallıq yoxlanışı... Arxa fonda nəfəs almağım və Kris bunun çətin olmadığına və əyləncəli olduğuna inandırmağa çalışır. Uşaqlar, biz sözün əsl mənasında böcəklər, ilanlar və koyotlarla dolu dağlarda sörf edirik və bəzən hündür otlara görə heç nə görə bilmirik. Mənim adamım (əri Kristoferi nəzərdə tutur – red.) bunların hamısını sevir. Görün, o necə xoşbəxtdir! Deməli, bunlara sadəcə alışmaq lazımdır”. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 
 








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO