Pərvin Lətifov: “Kanalın rəhbəri dedi ki, səni aparıcılar sevmir, efir üçün maraqsızsan” – VİDEO 

Hazırda oxunan: Pərvin Lətifov: “Kanalın rəhbəri dedi ki, səni aparıcılar sevmir, efir üçün maraqsızsan” – VİDEO 

188406

“Azəri star” mahnı yarışması ilə ölkədə məşhurlaşan müğənni Pərvin Lətifov efirlərə nadir hallarda çıxmasının səbəbini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Günaylı gün” verilişində danışıb. 

Pərvin bildirib ki, aparıcılardan biri onun üzünə maraqsız və reytinq verməyən ifaçı olduğunu deyib: 

“Televiziya rəhbərlərinin biri ilə təsadüf nəticəsində bir məclisə düşdüm. Xətrini istədiyim bir insandır. Həmkarlarımın adını çəkib ondan soruşdum ki, “Efirlərinizə onları niyə çağırmırsınız?” Cavab verdi ki, “Onlar o qədər də vacib insanlar deyillər. Sənin özünü də çağırmaq o qədər də arzulamırıq, çünki maraqlı deyilsən. Bizə reytinq lazımdır. Sən istəyirsən, gəl burada Povoritti və ya Kabolerlə otur, bizim üçün maraqlı deyil”.

Həm də söylədi ki, “Aparıcılar səni xoşlamır”. O bir neçə aparıcının adını da çəkdi. Sual verdim ki, “Niyə?” Cavabında söylədi ki, “Ona görə ki, sən danışandan sonra söhbətin arxası gəlmir. Verilişin formatı pozulur”.
Onlara elə müğənnilər lazımdır ki, efirə çıxanda ağzına gələni danışsın və onun çıxışı sosial şəbəkələrdə müzakirə olunsun. Mənim həmin insanla indi də münasibətim yaxşıdır. Ona söylədim ki, “Həqiqəti mənə dediyinizə görə çox sağ olun”. Mən onsuz da həqiqəti bilirdim. Həmin şəxs özünün rəhbərlik etdiyi qurumun (kanal – red.), verilişləri haqqında danışır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO