Alla Puqaçovadan ukraynalı qıza DƏSTƏK - FOTO/VİDEO

Hazırda oxunan: Alla Puqaçovadan ukraynalı qıza DƏSTƏK - FOTO/VİDEO

186360

Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən qalmaqalın içinə düşüb.  

Bizim.Media xəbər verir ki, estrada ulduzu açıq şəkildə ukraynalı qızı dəstəkləyib.  

Uşağın atası Ukrayna ordusunun tərəfində döyüşür, kişinin ailəsi isə Ukrayna Silahlı Qüvvələrinə yardım toplayır. 

Nadya  adlı qız Alla Puqaçovanın məşhur “Bir milyon qırmızı qızılgül” hitini ukrayna dilində ifa edib və ona öpüş göndərib. Cavabında isə müğənni uşağa yazıb: “Ruhumla və bütün qəlbimlə!” 

Qeyd edək ki, Alla Puqaçova tezliklə 75 yaşını qeyd edəcək. Şayiələrə görə, müğənni Avropada bir neçə konsert verməyə hazırlaşır. Sənətçinin mühacirət etdiyi İsraildə böyük solo konsertin keçirilməsi planlaşdırılır. Aİ ölkələrində onun daha bir neçə konsertinin nümayişi keçiriləcək. Lakin bu şayiələr hələ də öz təsdiqini tapmayıb. 

Alla Borisovna uzun müddətdir ki, oxumur. O, pisləşən səhhəti ilə əlaqədar səsini itirib. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO