Fatimə: “Keçmiş qayınanam mənə etdiyi zülmü digər gəlinlərinə çəkdirir” - VİDEO

Hazırda oxunan: Fatimə: “Keçmiş qayınanam mənə etdiyi zülmü digər gəlinlərinə çəkdirir” - VİDEO

186353

“Keçmiş qayınanam indiki gəlinlərinə zülm verir. Onun evi ayrıdır. İki oğlu var. O evlərin açarları isə qayınanamdadır. Ürəyi nə vaxt istəyir açır, evə girir. Gəlinlərinin başlarına oyun açır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Sözbaz” maqazin verilişində deyib. 

Sənətçi keçmiş qayınanası ilə gərgin və qalmaqallı münasibətlərindən söz açıb.  Fatimə bildirib ki, hazırda o, digər gəlinlərinə də zülm verir:  

“İndi mənim yerimdə olan bir gəlinləri var.  Ondan isə mənim olduğumu gizlədirlər. Belə həyatda işlər var. O dünyada etdiklərinizə görə, Məsmə xanım nə cavab verəcəksiniz? Gizlətdin, nəvəni görmədin və onu saymadın. Heç bir qız istəməzki, həyatında problem olsun. Ərə getsin və ailəsi dağılsın. Hind kinosu... Mikrorayonda kimdən müsahibə alsanız, sizə bizim hekayəmizi danışacaqlar.  Bunları danışıram amma onlar elə düşünməsinlər ki, hirsimdən edirəm. Əsla... Mən özüm onların əlindən qaçdım və söylədim ki, sizinlə qala bilmərəm. Suyu belə mənə qıymırdılar. O qədər əlləri bərk idilər ki... O vaxt valideynlərimin ayağına düşdüm ki, məni bağışlayın, amma mən orada qala bilmərəm. Valideynlərim də bilirdilər ki, ərimin ailəsi mənə zülm verir. Elə bir hala gəlib çatdı ki, valideynlərim mənimlə ərim üçün kirayə ev tutdular ki, qayınanamla bir evdə qalmayım. Getdik kirayədə qaldıq, amma qayınanam orada da imkan vermədi sakit yaşayaq. Sonra ərim İstanbula, Antalyaya getdi.

Onunla yalnız telefonla danışırdım. Çox çətin həyat keçdim. Gəlib mənə deyirlər ki, Allah sizin üzünüzə baxıb ki, siz o ailədən uzaq oldunuz. Yoxsa siz çoxdan ölərdiniz. Bu dəqiqə keçmiş qayınananız gəlinlərinə qan uddurur.  

Qeyd edək ki, F.Fətəliyevanın ilk evliliyindən Aydan adlı qızı, ikinci nikahından isə Hüseyn adlı oğlu var.   
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO