Faiq Ağayev: "Məni bıçaqlayan şəxsi atamın xahişi ilə bağışladım" - VİDEO

Hazırda oxunan: Faiq Ağayev: "Məni bıçaqlayan şəxsi atamın xahişi ilə bağışladım" - VİDEO

186308

"Ən qapqara günüm bıçaqlananda olub. Amma o mənim ən ağ günüm də oldu. Çünki mən özümə gələndən sonra xəstəxananın həyətində izdihamı gördüm. Mənə görə, orada səcdə edib namaz qılan insanları gördüm. Müalicə aldığım xəstəxana palatasına Şəkidən bir xanım gəldi. Onu içəri buraxdılar. O, alnımdan, üzümdən, əlimdən öpüb "Cövşəni Kəbir" duasını mənə verdi. İcazə alıb, palatamda namaz qıldı".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu "Qapqara" verilişində deyib.

14 il əvvəl “Kubinka” adlanan ərazidə bıçaqlanan sənətçi həmin hadisəni yenidən xatırlayıb. 

Ağayev bildirib ki, atası onu bıçaqlayan Rüfət Məlikov adlı şəxsi bağışlamağını istəyib:

"Atam mənə dedi ki, “səni bıçaqlayanı bağışla”. Bu hadisədən sonra atam dünyasını dəyişdi. Mən atamın sözündən çıxmadım. Daxilən məni bıçaqlayan şəxsi bağışladım. Mənimlə birgə o hadisədə bıçaqlanan menecerim Azər və dostum da onu bağışladı. Mənim xahişimlə..."

Qeyd edək ki, Rüfət Məlikovun dəmir barmaqlıqlar arasına düşməsinə səbəb olan cinayət 2010-cu il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə baş verib. 
Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı “Audi” markalı maşını idarə edərkən həmin yolla hərəkət edən VAZ-2107 markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb, mübahisə münaqişəyə çevrilib. 

Faiq Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Cinayətdə təqsirli bilinən Rüfət Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO