Fatimədən ikinci əri ilə ayrılması xəbərlərinə REAKSİYA: “Heç kimin ailəsini dağıtmamışam” - VİDEO

Hazırda oxunan: Fatimədən ikinci əri ilə ayrılması xəbərlərinə REAKSİYA: “Heç kimin ailəsini dağıtmamışam” - VİDEO

186215

“Birinci olduğu kimi ikinci ailəm də böyük problemlərlə quruldu. Günlərin bir günü uşağı məktəbə aparırdıq. Bir də gördük ki, elə bil Ancelina Coli ilə Bred Pitt gəlib. Hər yerdə şəkillərimiz yayıldı. Evdə qırğın oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Sözbaz” maqazin verilişində deyib. 

Fatimə bildirib ki, birinci evliliyindən olan qızı Aydan hazırkı həyat yoldaşı Xəyal bəyi özünə ata sayır: 

“Oğlum Hüseynin atası çox gözəl insandır. Həmişə deyirəm ki, Allah mənim canımı alsın, onun ömrünü uzatsın. Nə yaxşı ki, belə bir kişidən oğlumu dünyaya gətirdim. Mən Aydanın atasına bu sözləri deyə bilmərəm. Mümkün deyil... Hüseyn də xoşbətdir ki, onun elə atası var. Aydanın da bu gün atası Aydın olmalıdır. Amma yoxdur. Onun atası da Xəyaldır. Uşaq vaxtından da onu görüb”. 

Fətəliyeva ikinci əri Xəyal bəydən ayrılması xəbərlərinə belə münasibət bildirib: 

“Ayrılmaq söhbətlərini danışmayaq. Birincisi, bizdə toy olmayıb. Bəzi ağzı göyçəklər yazırlar ki, camaatın ailəsini dağıtmısan. Mən heç kimin ailəsini dağıtmamışam. Hüseynin də bir bacısı var. O da Aydandır”. 
Qeyd edək ki, Fatimə Fətəliyeva illər əvvəl Aydın adlı bəylı ailəli olub. Onların bu evliliyində Aydan adlı qızları dünyaya gəlib. İllər sonra Fatimə ikinci dəfə Xəyal adlı bəylə ailə qurub. Onların bu nikahından Hüseyn adlı övladı doğulub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO