Sərxan: “İlhamə Quliyeva qazanını qaytarmadığıma görə məni məhkəməyə vermişdi” – VİDEO 

Hazırda oxunan: Sərxan: “İlhamə Quliyeva qazanını qaytarmadığıma görə məni məhkəməyə vermişdi” – VİDEO 

186179

“İlhamə Quliyeva ilə aramızda bir neçə dəfə qalmaqal yaşanıb. Onunla ən son bir dostumuzun oğlunun toyunda yan-yana əyləşmişdim. İlhamə xanıma söylədim ki, sən mənim xırda da olsa, haqqıma girmisən. Onunla 50 dəfə məhkəməlik olmuşdum. Mövzu tapmırdıq ki, bir-birimizi məhkəməyə verək. Sonuncu dəfə qazanını alıb qaytarmadığıma görə İlhamə xanım məni məhkəməyə vermişdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı, aktyor və müğənni Sərxan Kərəmoğlu qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib. 

Sənətçi mərhum Xalq artisti İlhamə Quliyeva ilə yaşadığı gərgin münasibətlərindən danışıb. Sərxan bildirib ki, mərhum sənətkar haqqına girdiyi üçün onun dəfninə də getməyib: 

“İlhamə xanım haqqıma girdiyi üçün ona demişdim ki, səni bağışlamayacağam. Cavab verdi ki, mən də səni bağışlamayacağam. Söylədim ki, mən ölsəm, sən, sən də ölsən, mən gəlməyəcəyəm dəfninə. Dedi ki, yaxşı... Amma sonra üzünü çöndərib söylədi ki, heç olmasa, əgər gecə evdə qalası olsan, gələrsən səhərədək başımın üstündə oturarsan. 3 aydan sonra İlhamə xanım dünyasını dəyişdi.
Sabaha qədər onun başının üstündə oturdum. Amma dediyimi etdim və dəfninə getmədim. Mən bağışlaya bilməzdim. O mənim haqqımı yemişdi. Ailəyə, çörəyə, övlada toxunan bir insanı ömür boyu bağışlamaram”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO