“Avroviziya-2024”də təmsilçilərimizin səhnə tərtibatı ona həvalə edildi - FOTO

Hazırda oxunan: “Avroviziya-2024”də təmsilçilərimizin səhnə tərtibatı ona həvalə edildi - FOTO

185315

Nüfuzlu “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətovun ifa etdiyi “Özünlə apar” mahnısının səhnə tərtibatı ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti açıqlama verib.

Bizim.Media xəbər verir ki, təmsilçilərimizin səhnə quruluşu ukraynalı rejissor Yevgeni Timoxinə həvalə edilib.  

İctimaiyyətə və incəsənət aləmində daha çox Timó kimi tanınan Yevgeni Timoxin 2004-cü ildən rejissor, səhnə quruluşçusu və klipmeyker kimi fəaliyyət göstərir.  

Timó bir sıra beynəlxalq layihə və müsabiqələrdə iştirak edib, onun yaratdığı səhnə və kliplər Beyonse, Lady Qaqa, Madonna kimi tanınmış ifaçıların prodüser və xoreoqrafları tərəfindən yüksək dəyərləndirilib. 

Yevgeni Timoxin Azərbaycanda ilk dəfə İctimai Televiziyada yayımlanan və böyük marağa səbəb olan “Maska" şousunun musiqili səhnələrinin quruluşçu rejissoru olub. 

Beləliklə, “Avroviziya-2024” müsabiqəsində Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov Timónun qurduğu səhnə ilə bu ilin 7 may tarixində İsveçin Malmö şəhərində çıxış edəcəklər. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO