Xalq artisti Emin və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım - FOTO

Xalq artisti Emin və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım - FOTO

Hazırda oxunan: Xalq artisti Emin və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım - FOTO
184427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Crocus Group” və Müslüm Maqomayev Fondu “Crocus City Hall”da dəhşətli terror aktı qurbanlarına yardım göstərəcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Crocus Group”un sahibi, azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu, Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında post paylaşıb. 

E.Ağalarov bildirib ki, o, atası ilə birgə Fonda 100 milyon rubl (təxminən 1,8 milyon manat) pul köçürüb: 

“Dostlarımızı, tərəfdaşlarımızı və hər kəsi yardıma qoşulmağa dəvət etdik”. 

Qeyd edək ki, martın 22-də axşam saatlarında baş verən terror aktı nəticəsində “Crocus City Hall” konsert zalı yanıb. Piknik qrupunun konsertinə gələn tamaşaçılara silahlı şəxslər atəş açıb. İstintaq Komitəsinin məlumatına görə, hücum edənlər “yanar maye”dən istifadə edərək konsert zalını da yandırıblar. Yanğın təxminən 13 min kvadratmetr ərazini əhatə edib. Konsert zalı tamamilə yanıb. Onun damı uçub. Yanğınsöndürənlər açıq alovu martın 23-ü axşam saatlarında söndürə biliblər. 

Son məlumatlara görə, terror aktı nəticəsində üçü uşaq olmaqla 140 nəfər həlak olub,119 nəfər yaralanıb. Terror aktı ilə əlaqədar 4-ü terrorçu olmaqla, 11 nəfər saxlanılaraq nəzarətə götürülüb. 

Hadisədən sonra İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “Crocus City Hall”da yanğın təhlükəsizliyinin vəziyyətini yoxlamağı əmr edib. Baş Prokurorluq bundan əvvəl məlumat vermişdi ki, ərazidə yanğın təhlükəsizliyi yoxlamaları tam həcmdə həyata keçirilib. Agentlik “Crocus”un fəaliyyət icazəsinin olmaması ilə bağlı məlumatları da təkzib edib. Yanğın təhlükəsizliyi sistemindən danışan Araz Ağalarov bildirib ki, konsert zalında “bütün sistemlər həmişəki kimi çox yaxşı işləyir”. 

Xalq artisti Emin və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım - FOTO - foto 1

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO