Vəfa: “Mən Şəbnəmlə barışmamışam” – VİDEO 

Vəfa: “Mən Şəbnəmlə barışmamışam” – VİDEO 

Hazırda oxunan: Vəfa: “Mən Şəbnəmlə barışmamışam” – VİDEO 

182667

Müğənni Vəfa Şərifova həmkarı Roza Zərgərlinin onu qalmaqal yaşadığı Şəbnəm Tovuzlu (Əsədova) ilə zəng edərək barışdırmasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu haqda Vəfa qonaq olduğu “Tarixin bir günü” verilişində danışıb. 

R.Zərgərliyə hörmət etdiyini dilə gətirən V.Şərifova qarşı tərəflə, yəni Ş.Tovuzlu ilə barışmadığını bildirib: 

“Roza məni qarşı tərəflə barışmağa məcbur etmədi. O mənə əvvəlcədən yazıb hörmətlə danışdı. Dedi ki, “Olar, sənin telefonda səsini açım və efirə getsin”. Mənim Rozaya olan hörmətimdən söylədim ki, bundan sonra Şəbnəmə qarşı bu gündən sonra mənfi bir addım atılmayacaq. Bu, barışıq deyil.

Bu, maqazin verilişi idi və orada bu məsələni şişirtdilər və şouya çevirdilər. Barışıq qəlblə olmalıdır. Bu barışıq kiminsə xətrinə görə olmalı bir şey deyil. Barışıq ürəkdən gəlməli, içdən olmalıdır. Bəlkə illər keçsə, Şəbnəmlə aramda kin gedər, hisslər dəyişilər. O zaman bəlkə barışıq ola bilər... Amma kiminsə xətrinə görə barışıq olan bir şey deyil”. 
Qeyd edək ki, Vəfa Şərifova sosial şəbəkə hesabında Şəbnəm Tovuzlunun onun barəsində danışdığı səs yazısını yayaraq bu məsələ ilə bağlı münasibət bildirib. Vəfa Şəbnəmin onunla mənasız ədavət apardığını söyləyib. Şəbnəm isə bu səsli mesajların köhnə olduğunu vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO