Faiq: \

Faiq: \"Xanım İsmayılqızının oğlunun dəfnində onu küsülü olduğu Nailə Mirməmmədli ilə barışdırdım\" - VİDEO

Hazırda oxunan: Faiq: \"Xanım İsmayılqızının oğlunun dəfnində onu küsülü olduğu Nailə Mirməmmədli ilə barışdırdım\" - VİDEO

182629

"Çox əfsus ki, Nailə Mirməmmədlinin bütün itkiləri gözümün önündə baş verdi. Oğlu "Qaqaş", həyat yoldaşı Hikmət Mirməmmədli, qardaşı və anası dünyasını dəyişəndə bütün bu dərdlərin göz-qulaq, ruh şahidi olmuşam".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev mərhum Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədli və onun ailəsinə həsr edilən "Retro Baku" verilişinə müsahibəsində deyib.

2002-ci ildə bəstəkarın 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğularaq dünyasını dəyişdiyini öyrənən sənətçi bildirib ki, dərhal özünü Mirməmmədlilərin evinə çatdırıb:

"Qaqaş" faciəvi şəkildə dənizdə boğulanda bu hadisəni ən birinci öyrənənlərdən biri mən idim. Onun cəsədi evə gələndə mən artıq özümü onların evinə çatdırmışdım. Nailə ilk övladını itirmiş dəhşətli vəziyyətdə idi. O, ağlını itirmişdi. Bax, o vəziyyətdə üstümə atılıb söylədi ki, "oxudun "Ayrılma məndən". Oğlum ayrıldı məndən"".

Faiq vurğulayıb ki, bəstəkarın həyat yoldaşı Hikmət Mirməmmədli dünyasını dəyişən zaman Belarusiyada olub. Həmin anlarda Ağayev bəstəkarın ölüm xəbərini gözlənilmədən Nailəyə zəng edərkən alıb:

"Mən Belarusiyada idim. Orada "Azərbaycan Mədəniyyəti Günləri" tədbiri keçirilirdi. Oradan çıxdım və kimsə sanki mənə söylədi ki, “Nailə Mirməmmədliyə zəng vur”. Özüm "bəmbəyaz" geyimdə idim. Nailəyə zəng edəndə o, yüksək səslə söylədi ki, "sən haradan bilirsən?" və qışqırdı üstümə... Sual verdim ki, axı nə olub Nailə? 

Sən demə, təcili tibbi yardım maşınında Hikməti xəstəxanaya çatdırmağa cəhd göstərirdilər. Elə orada da canını tapşırdı. Bu xəbəri eşidəndə mən elə həmin "bəmbəyaz" geyimdə çəmənlikdə yerə çökdüm".

Xalq artisti AYB-nin üzvü, şairə Xanım İsmayılqızının illərlə Nailə Mirməmmədli ilə küsülü olduğunu söyləyib. Faiqin sözlərinə görə, Xanım ürəktutmasından oğlu Fərid Əliyevi 2014-cü ilin iyulun 4-də itirdikdən sonra N.Mirməmmədli ilə birgə başsağlığına gedir. Beləcə, Ağayev iki sənətçinin yas mərasimində barışığına nail olduğunu dilə gətirib:

"Özgələri ucbatından Nailə Mirməmmədli və şairə Xanım İsmayılqızı danışmırdılar. Xanımın ailəsində itki olanda, oğlu dünyasını dəyişəndə mən Nailəyə zəng etdim. Sual verdim ki, bu hadisədən xəbərin var? Cavab verdi ki, "hə". Dedim ki, sən oğul itirən anasan və sənin belə "acı təcrübə"n var. Vaxtıdır, zamanıdır... Gəl, mənimlə gedək və səni Xanımla barışdırım. Nailə "yox" demədi və söylədi ki, "Faiq, gedək"... Mən, anam Həcixanım və Nailə birlikdə üçümüz getdik Xanımgilə. Xanımgilin evinə birinci mən daxil oldum. Arxamca Nailə gələndə heç bir sözə ehtiyac qalmadı. İki övladını itirmiş ana, ürəkləri yırtıq, paramparça olan analar bir-birinin gözlərindən anladılar və bir-birinə sarılıb ağlamağa başladılar. 

Təbii ki, onlara kənardan baxanda mənim də ürəyim ağlayırdı. Amma digər tərəfdən ürəyim "dağ" bayda oldu ki, mən özgə fitnəsi nəticəsində əlaqələrini kəsən və hər ikisi mənə doğma olan insanları barışdırdım. Buna çox sevindim.

Bu isə birdəfəlik barışıq olmadı. Bu hadisədən sonra onlar zəngləşməyə, söhbət etməyə başladılar və aralarında münasinət daha da istiləşdi. Yadımda qalan bəlkə də ən mühüm hadisələrdən biri bu idi".

Qeyd edək ki, Nailə Mirmmədli 2021-ci il yanvarın 4-də ürəktutmasından dünyasını dəyişib. O, "Qurd qapısı" məzarlığında dəfn olunub.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO