Səidə ərinin tikdirdiyi 4 mərtəbəli villadan DANIŞDI - VİDEO

Səidə ərinin tikdirdiyi 4 mərtəbəli villadan DANIŞDI - VİDEO

Hazırda oxunan: Səidə ərinin tikdirdiyi 4 mərtəbəli villadan DANIŞDI - VİDEO
182018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mən şəhərdə qalıram, hələki qonşularımı tanımıram. Öz məhəlləmdəki qonşularımla münasibətim çox yaxşıdır. Ən çox kişi qonşularımla yaxşı dolanıram, ünsiyyətimiz, “salam-sağol”umuz var. Mənə bir şey lazım olanda və köməyə ehtiyac yarananda qonşularım yardımlarını əsirgəmirlər. Bir sözlə qonşularla problemim yoxdur. Mən hamıyla mehribanam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi həyat yoldaşının tikdirdiyi 4 mərtəbəli villadan söz açıb: 

“Təzə tikilən 4 mərtəbəli villaya hələki köçməmişəm. Orada təmir işləri gedir. O villanın tikilməsinə xərclənən pullar haqda məlumatım yoxdur. Villanı həyat yoldaşım tikir. Mən o işlərə də qarışmıram. Bu qadın yox, kişi işidir. Mənim heç bir qatqım yoxdur. Öz qazancımı isə sənətimə xərcləyirəm”. 

Səidə bildirib ki, yeni mahnı alıb, klip çəkdirmək üçün həyat yoldaşından pul alır:

“Mən həyat yoldaşımı maddiyyat baxımından sıxışdırmıram. Amma lazım olanda ondan pul alıram. Yeni mahnı alandan və ya  klip çəkdirəndə mənə maddi köməklik edir. Lazım olub və həyat yoldaşım mənə 4000-5000 manat pul verib”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO