Sevda Əliqızı: "Səməd Səmədovu itirəndən sonra çox peşiman oldum" - VİDEO

Hazırda oxunan: Sevda Əliqızı: "Səməd Səmədovu itirəndən sonra çox peşiman oldum" - VİDEO

180699

"Səməd Səmədovun dünyasını dəyişməsinə hələ də inanmıram. Mən onun məzarını dəfələrlə gedib ziyarət edirəm. Səmədin ad günündə, bayramlarda onu ziyarət edirəm. Bunu onun ailəsi də bilir. Mən haqqı-sayı itirən insan deyiləm. Baxmayaraq ki, biz son illərdə sənət baxımından ayrıldıq, amma dostluğumuz davam edirdi".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Əliqızı qonaq olduğu "7 tamam" verilişində deyib.

Duet ortağı mərhum Xalq artisti Səməd Səmədovdan söz açan sənətçi zamanında ona dəyər vermədiyi üçün peşimançılıq çəkdiyini söyləyib:

"Biz 15 il birlikdə çalışdıq. Səmədlə bərabər işlədim. Xoş günlərimiz də olub, aramızda narazıçılıqlar da olub, küsüb-barışmışıq. Mən çox heyifsilənirəm ötən günlərə görə... Mən zamanında ona çox önəm verməmişəm. Vaxtında o dəyəri çox qiymətləndirmədim. 
Səmədi itirəndən sonra çox peşman oldum. Kaş o şeylərə ona zamanında deyərdim ki, Səməd çox sağol hər şeyə görə,... Amma ona bunları deyə bilmədim. Hər dəfə onun məzarını gedib ziyarət edəndə deyirəm. O sağolu Səmədin sağlığında mənə göstərdiyi insanlığına, səmimiyyətinə, sadəliyinə görə deyirəm. 

Səməd özünü yanındakı müğənnidən artıq tutmurdu. Heç vaxt... Onun mənə qarşı çox gözəl münasibəti olub. Küsürdük, sözümüz çəp gəlirdi, deyirdim ki, bitdi Səməd, mən getdim və səninlə daha işləməyəcəyəm. Bir də görürdüm ki, arxamca gəlib deyirdi ki, “Sevda, bu gözdür, nəzərdir, fikir verm”ə. Sonradan insanı geri qaytarırdı".

Qeyd edək ki, 74 yaşlı  S.Səmədov koronavirusa yoluxduğu üçün 2021-ci ildə iyulun 24-də müalicə aldığı xəstəxanada vəfat edib. 
 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO