Brilliant Kamilin saxlanılmasından YAZDI: “Bir bu qalmışdı başımıza gətirilməyən” - FOTO

Brilliant Kamilin saxlanılmasından YAZDI: “Bir bu qalmışdı başımıza gətirilməyən” - FOTO

Hazırda oxunan: Brilliant Kamilin saxlanılmasından YAZDI: “Bir bu qalmışdı başımıza gətirilməyən” - FOTO

179160

Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı gecə saatlarında Moskvanın “Domodedovo” hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova baş verən hadisə ilə bağlı sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib. 

Dadaşova Kamilin saxlanılması görüntülərini yayımlayaraq bu sözləri yazıb: 

“Bir bu qalmışdı başımıza gətirilməyən. Əminik ki, ölkəmiz tezliklə bu absurd vəziyyətə müdaxilə edəcək”. 

Qeyd edək ki, K.Zeynallı hava limanında saxlanılaraq müvafiq polis bölməsinə aparıldığını bildirərək sosial şəbəkə hesabında videomuraciət yayımlayıb. O, “Ermənistan məni beynəlxalq axtarışa veribmiş. May ayının 5-dən axtarılırmışam. Buna baxmayaraq, mən 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib aparacaqlar. Sabah məni məhkəməyə çıxaracaqlar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar, qoymazlar ki, məni onlara təhvil versinlər. İndi bölmədəyəm. Gözləyirəm. İnşallah yaxşı olar” sözlərini dilə gətirib. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO