Zamiq bu dəfə iki gəncin sevgisini EKRANLAŞDIRDI - VİDEO

Zamiq bu dəfə iki gəncin sevgisini EKRANLAŞDIRDI - VİDEO

Hazırda oxunan: Zamiq bu dəfə iki gəncin sevgisini EKRANLAŞDIRDI - VİDEO

178361

Müğənni Zamiq Hüseynov yeni Iayihəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, sənətçi sözləri İsa Mansurov, musiqisi Faiq Sücəddinov, aranjimanı isə Samir Şirinova məxsus "Səni gözləyirəm" adlı yeni mahnıya çəkilən klipini nümayiş edib.

Ekran işinin rejissorluğunu Zamiq yenə də Emin Muradova həvalə edib.

Klipdə 30 il əvvəl, birinci Qarabağ müharibəsi zamanı bir-birini sevən iki gəncin yaşadığı dərin eşqi, saf, nostalji duyğuları, bununla belə yaşa dolsa da qovuşmaz, iztirablı sevgisi əks olunub.

Lirik nəğmə artıq bütün rəqəmsal musiqi platformalarında, klip isə Zamiqin rəsmi "YouTube" kanalında yayımdadır.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO