Qalkin həyat yoldaşı Alla Puqaçovanın YENİ FOTOSUNU paylaşdı

Qalkin həyat yoldaşı Alla Puqaçovanın YENİ FOTOSUNU paylaşdı

Hazırda oxunan: Qalkin həyat yoldaşı Alla Puqaçovanın YENİ FOTOSUNU paylaşdı

178147

Ölkəsində “xarici agent” statusu aldıqdan sonra Rusiyadan didərgin düşən məşhur yumorist Maksim Qalkin həyat yoldaşı Xalq artisti Alla Puqaçova ilə bağlı diqqətçəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi ötən ilin noyabrın 2-də Rusiyaya qayıdarkən sərhədçilər tərəfindən təxminən bir saat dindirilib sonra isə gözlərdən itən Allanın əlində siqaret və mobil telefonla yazışan zamanı çəkdiyi fotosunu izləyiciləri ilə bölüşüb. 

Maksim sözügedən paylaşıma "Dosta zəng" qısa şərhini yazıb. Fotoda diqqətçəkən məqam isə Puqaçovanın formada olması və təravətini hələ də itirməməsi olub. 

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb. İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO