Ben Afflekin qızı görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ – FOTO 

Ben Afflekin qızı görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ – FOTO 

Hazırda oxunan: Ben Afflekin qızı görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ – FOTO 

177885

Hollivud aktyoru Ben Afflek Los-Ancelesdə Cennifer Qarnerlə evliliyindən olan kiçik qızı Serafina və Cennifer Lopezin ögey qızı Emma ilə birlikdə görüntülənib. 

Bizim.Media xəbər verir ki, ulduz ailə “Crossroads Trading” yük mağazasında alış-veriş edərkən paparazzilərə tuş gəlib. 

Diqqətçəkən məqam Benin 15 yaşlı varisinin saç düzümü olub. Saçlarını qısa kəsdirən Serafina onları çəhrayıya boyayıb. Serafina rəngli görünüşünü şort və uyğun corablarla bəzədib. Cennifer Lopezin 15 yaşlı qızı Emma da köynək və idman ayaqqabısında tipik bir yeniyetmə kimi görünüb. 
Qeyd edək ki, Ben Afflek və 2015-ci ildə ayrıldığı keçmiş həyat yoldaşı Cennifer Qarnerin üç övladı var: Violet, Serafina və Samuel. Afflek və keçmiş həyat yoldaşları mehriban münasibətdədirlər və tez-tez birlikdə vaxt keçirirlər. Bir çox izləyicilər isə əmindir ki, Ben özünü Qarnerlə indiki həyat yoldaşı Cennifer Lopezlə daha xoşbəxt hiss edir. Ben uşaqlarla vaxt keçirərkən, J. Lo işlə məşğuldur: Parisdə moda nümayişlərində iştirak edir və alt paltarı brendi üçün çəkilişlər aparır. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO