Nadir “od püskürdü”: “Sosial şəbəkəni açırsan, üç tərbiyəsizi görürsən” – VİDEO 

Nadir “od püskürdü”: “Sosial şəbəkəni açırsan, üç tərbiyəsizi görürsən” – VİDEO 

Hazırda oxunan: Nadir “od püskürdü”: “Sosial şəbəkəni açırsan, üç tərbiyəsizi görürsən” – VİDEO 

175362

“Dünəndən sosial şəbəkələrə baxıb, görürəm ki, üç dənə əxlaqsız, savadsız, tərbiyəsiz, köksüz, mədəniyyətsizi səhifələr paylaşır. Axı onlar kimdir? Biri yazır ki, onlardan birinin 3 milyon izləyicisi var. Digəri isə yazır ki, bir gəcəyə 25 milyon dollar qazanıb. Nəyə görə? Bunlar alim, proffessor, hərbçi, qazi, mədəniyyətə qulluq edən, fövqaladə işlər görənlərdir, ya dövlətimizin bayrağını hansısa xarici ölkədə qaldırıblar? Sizə sual verirəm, kimdir bunlar? Yaxşılardan iraq, səviyyəniz budur!” 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib. 

Sosial şəbəkədə gündəm olan 3 tanınmış blogerin qalmaqallı hadisəsindən söz açan sənətçi onları və həmin şəxsləri səhifələrdə reklam edənləri sərt şəkildə tənqid edib: 

“İndi ölkənin gör nə qədəri onların tayıdır və səviyyəsindədir. Onların adlarını heç bilmirəm də... Sosial şəbəkəni açırsan 3 ədəd tərbiyəsizi görürsən. “TikTok”da min bir dənə oyundan çıxan, tərbiyəsiz... Nə isə... “TikTok” bu millətin evini yıxıb. Sizi “TikTok” bədbəxt edib. Siz təhsillə, elmlə məşğul olmursunuz, mədəniyyətiniz sıfır dərəcədə, tərbiyə və əxlaqınız yoxdur. Əvvəllər zibilimizin üstünə örtən zaman var idi. O vaxt getdi... Və aydın oldu ki, biz kim olmuşuq. Sadəcə zibilimizin üstü açıldı və iyləndi. Misalı yaxşılardan uzaq...” 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO