Aygün Kazımova: “6 gün konsert verdim qazancım 1 “şirvan” oldu” - VİDEO

Aygün Kazımova: “6 gün konsert verdim qazancım 1 “şirvan” oldu” - VİDEO

Hazırda oxunan: Aygün Kazımova: “6 gün konsert verdim qazancım 1 “şirvan” oldu” - VİDEO

175355

Xalq artisti Aygün Kazımova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, “7 tamam” verilişində qonaq olan sənətçi 28 il əvvəl Gəncədə verdiyi solo konsertdən əldə etdiyi qonorarın məbləğini açıqlayıb. 

Məlum olub ki, o zaman Kazımova konsertdən cəmi 1 “şirvan” pul qazanıb. 
“Bəstəkar Cavanşir Quliyev mənə söylədi ki, qızım sən 6 gün (günə 2 konsert) Gəncədə konsert verdin və cəmi 1 “şirvan” pul qazandın. Sənə məsləhət görürəm ki, bu pulu xərcləmə, özündə saxla. Nə zamansa sənə çox lazım olacaq. Cavanşir müəllim, sizin bu məsləhətlərinizə qulaq assa idim, indi bu dəqiqə çıxarardım qazandığım o 1 “şirvanı” (gülür). 

Saxladım bir müddət o pulu, sonra isə nəyəsə xərclədim. Mənim bütün konsertlərim anşlaqla keçirdi. Günorta konsertim xeyriyyə, axşam isə kommersiya məqsədi daşıyırdı. Mənim səhnə dekorasiyam, musiqiçilər və böyük hesabatımız vardı. Ona görə bu konsertlərdən cəmi 1 “şirvan” pul qazandım. Təbii ki, musiqiçilərin qonorarını ödəyəndən sonra mənə qalan yalnız bu pul oldu. Buna da min şükür”, - deyə Aygün vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO