Aysel və Nurlana Ed Şiranın konserti üçün Dubaya getdilər - FOTO

Aysel və Nurlana Ed Şiranın konserti üçün Dubaya getdilər - FOTO

Hazırda oxunan: Aysel və Nurlana Ed Şiranın konserti üçün Dubaya getdilər - FOTO
174818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü “Avroviziya” mahnı müsabiqəsində “Always” nəğməsi ilə təmsil edən müğənni Aysel Adıgözəlzadə (Teymurzadə) İTV-nin aparıcısı Nurlana Cəfərova ilə birlikdə Britaniyalı müğənni Ed Şiranın Dubaydakı konsertində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda Nurlana sosial şəbəkə hesabında paylaşım edib.

Aparıcı konsert zamanı müğənni ilə bərabər çəkdirdiyi fotolarına "Səyahətimizin əsas səbəbi Ed Şiranın konserti idi. Amma düzünü desəm, özümüz də pis əylənmədik. Buradan bizə dözən və dəstək olan həyat yoldaşıma təşəkkür edirəm" sözlərini yazıb.
Qeyd edək ki, Nurlana Cəfərli hazırda "İctimai" televiziyada yayımlanan "Dikdaban" verilişinin aparıcılarından biridir.

Aysel isə hazırda “Avroviziya 2024”də Azərbaycanı təmsil edəcək iştirakçını seçən münsif kürsüsündə əyləşir.

Aysel və Nurlana Ed Şiranın konserti üçün Dubaya getdilər - FOTO - foto 1
Aysel və Nurlana Ed Şiranın konserti üçün Dubaya getdilər - FOTO - foto 2

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO