Afaq Bəşirqızı: “Üzərimdə “yetim”, “kasıb” adı olub” – VİDEO 

Afaq Bəşirqızı: “Üzərimdə “yetim”, “kasıb” adı olub” – VİDEO 

Hazırda oxunan: Afaq Bəşirqızı: “Üzərimdə “yetim”, “kasıb” adı olub” – VİDEO 

171096

“Həyatım boyunca mübarizədə olmuşam. Mən qaçmadım, amma özümü bu həyata qurban verdim. Qurban vermək dəydi ya dəymədi, o sənin hakimindir. Həyatla bacarmaq çox çətindir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “O” verilişində deyib. 

Kiçik yaşlarından həyatın çətinlikləri ilə üzləşdiyini söyləyən sənətkar bildirib ki, üzərində “yetim” adı olub: 

“Anadan olan günün səhərisi anamı itirmişəm. 12 yaşımda atamı itirmişəm. Doğmalarımın hamısı ögey olub. Onların mənimlə münasibəti olmayıb. Məni heç kim bəyənməyib. Müəyyən yaşa və zamana qədər üzərimdə “yetim”, “kasıb”, “nəzarətsiz, “valideynsiz” “doğmalarsız” adı olub. Bunların hamısı bir yerə toplanıb”. 

Bəşirqızı müəyyən zamanlarda onu səhnədən ayıran xəstəliklərindən söz açıb: 

“Məndə artroz xəstəliyinin çox ağır forması olub. Daha sonra iki dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra sevilməyən və adı çəkilmək istəməyən xəstəlik (xərçəng – red.). Bədən üzvlərinin yarısının olmaması... Bütün bunların hamısı isə bu həyatın mənə verdiyi sualların cavabıdır. Deyim ki, bütün bunlara hakim kəsildim, xeyr. Yox, məcburiyyətdən, qorxudan...

Çünki həyat yoldaşım, övladlarım, nəvələrim və mənə ehtiyacı olanlar, qayğımla dolananlar, diqqətimdə olanlar var. Mənim hər mənada diqqətimlə dolananlar var. Onlara görə, başladım həyata “yaltaqlanmağa””. 

Xalq artisti anaların dünyaya gətirdiyi övladlarına ögey münasibətindən də bəhs edib: 

“Bütün analara deyirəm ki, dərk edin sonra dünyaya övlad gətirin. Ümumiyyətlə, bu varlıq nədir ki, 9 aydan sonra canından can ayrılır. Sən o canı qorumalısan. Bunu isə bütün dünyanın qadınlarına başa salmaq lazımdır. Çox təəssüflər olsun ki, həmin o müqəddəs hissləri də indi bu dəqiqə şablona çeviriblər. “Cənnət anaların ayağının altındadır” – sonra? Əsl analar çox az qalıb”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO