Sevda Ələkbərzadə: “Aparıcılar efirdə bayağı müğənnilərə “sənətkar” deyirlər” – VİDEO 

Sevda Ələkbərzadə: “Aparıcılar efirdə bayağı müğənnilərə “sənətkar” deyirlər” – VİDEO 

Hazırda oxunan: Sevda Ələkbərzadə: “Aparıcılar efirdə bayağı müğənnilərə “sənətkar” deyirlər” – VİDEO 

166844

“Mən Musiqi İndustriyası Platformasında “bayağı” adlandırılan musiqi mövzusundan danışmaq istəyirəm. İnternetdə kimin nəyi dinlədiyi onun şəxsi işidir. Amma əsas problem ondadır ki, belə musiqilərə televiziya və radiolarda rast gəlirik. Televiziya və radio aparıcılarının bayağı mahnı oxuyan ifaçıları necə təriflədiyini görürük. Problem ondadır ki, onları necə təqdim edirlər. O təqdimatlar insanın beyninə elə işləyir ki… Onlara “sənətkar” deyirlər və ondan da ən böyük problem odur ki, onlar artıq özlərinə “sənətkar” deyirlər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Mədəniyyət və Yaradıcı Sənayelər Forumu çərçivəsində təşkil olunan Musiqi İndustriyası Platformasında “Rəqəmsal dövrdə musiqi sənayesinin eko-sistemdə formalaşması” adlı panel-sessiyada deyib. 

Sənətçi hazırda efirləri zəbt edən bayağı musiqilərdən söz açıb: 

“Şəxsən mən ətrafda elə “sənətkar”lar olanda “sənətkar” olmaq istəmirəm. Artıq balaca uşaq bilmir ki, hansı musiqi keyfiyyətlidir, hansı bayağı. O sadəcə görür, eşidir və ona bu, təsir edir. Bir dəfə İçərişəhərdə özüm üçün video çəkmişdim. Orada fonda elə bir mahnı səslənirdi ki, vallah, nə deyim... Bura İçərişəhərdir. Tarixi məkan. Həmin o cür bayağı musiqi niyə orada səslənməlidir? 

Qeyd edək ki, ötən il S.Ələkbərzadə İçərişəhərdə keçirilən konsertdə həmkarı Türkan Vəlizadənin “Ağlıma bir ad gəlir” mahnısının səsləndirilməsinə sosial şəbəkə hesabında etiraz etmişdi. Onun bu iradı isə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilmişdi. 
 


Rəşad ƏIiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO