Elza efirdə ÜSYAN ETDİ: “Məmmədbağır Bağırzadənin adını onların yanında çəkməyin” - VİDEO  

Elza efirdə ÜSYAN ETDİ: “Məmmədbağır Bağırzadənin adını onların yanında çəkməyin” - VİDEO  

Hazırda oxunan: Elza efirdə ÜSYAN ETDİ: “Məmmədbağır Bağırzadənin adını onların yanında çəkməyin” - VİDEO  

166839

“Müğənnilər özbək, fars, türkmən ritmlərini qarışdırıb musiqilər oxuyurlar. Həmin musiqilərə qulaq asanlar isə olurlar manqurt. Ümumiyyətlə, onları qınamaq lazım deyil. Onlar haqda danışmaq və müzakirə etmək belə artıqdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Sənətçi mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin adının bayağı ifaçılarla çəkilməsinə sərt şəkildə etiraz edib: 

“Məmmədbağır Bağırzadə özü başqa bir məktəbdir. O, Qarabağ yox, sırf Bakı muğam məktəbidir. Məmmədbağır özü bir dahi sənətkardır. Onun adını bəzi zir-zibillərin yanında çəkməyin. İndi zir-zibillər dolub səhnəyə. Çünki bəzi cibində pul olanların başlarında musiqi yoxdur. Bəziləri cibə oxuyurlar”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO